Post

🔗⚠️ Şübhəli Linklərə Daxil Olanda Nə Baş Verə Bilər?

Şübhəli linklərə daxil olduqda IP, cihaz məlumatları, brauzer metadata-sı, saxta Outlook/SMS bildirişləri və phishing riskləri necə yarana bilər?

🔗⚠️ Şübhəli Linklərə Daxil Olanda Nə Baş Verə Bilər?

🔗⚠️ Linklərə Daxil Olanda Nə Baş Verə Bilər?

İnternetdə bir linkə klik etmək çox sadə görünür…

Amma bəzən həmin klik:

⚠️ IP ünvanını göstərə bilər
⚠️ cihaz və brauzer məlumatlarını ötürə bilər
⚠️ saxta Outlook və SMS səhifəsinə yönləndirə bilər
⚠️ phishing hücumuna səbəb ola bilər
⚠️ metadata və davranış izlərini ortaya çıxara bilər

Yəni problem təkcə “linkə girdim, nə olacaq ki?” deyil.

Bəzən bir klik — hücumçunun səni analiz etməsi üçün kifayət edir.


🎥 Canlı Demo / Reels

📲 Bu mövzunu real ssenari kimi göstərdiyim videoya bax:

https://www.instagram.com/reel/DYhmsJMsf2-/?igsh=YjhuN2JrN3M1ajV5


🧠 Linkə daxil olanda ilk nə baş verir?

Bir linkə klik etdikdə brauzer serverə sorğu göndərir.

Bu sorğuda bəzi texniki məlumatlar görünə bilər:

  • IP ünvanı
  • cihaz tipi
  • əməliyyat sistemi
  • brauzer adı
  • ekran ölçüsü
  • dil ayarları
  • təxmini lokasiya
  • istifadəçi davranışı

Bunların hamısı birlikdə hücumçuya profil çıxarmağa kömək edə bilər.


🌍 IP gizli olsa belə risk bitmir

Çox adam düşünür:

“VPN istifadə edirəm, deməli təhlükəsizəm.”

Amma bu tam doğru deyil.

VPN IP-ni gizlədə bilər, amma:

  • brauzer fingerprint qala bilər
  • cookie məlumatları görünə bilər
  • login etdiyin hesablar səni tanıda bilər
  • metadata izləri qala bilər
  • cihaz davranışın analiz oluna bilər

Yəni təkcə IP-ni gizlətmək tam anonimlik demək deyil.


📩 Saxta Outlook və SMS ssenarisi

Phishing hücumlarında çox istifadə olunan üsullardan biri budur:

  1. Sən linkə girirsən
  2. Qarşına Outlook, Gmail və ya SMS doğrulama səhifəsi çıxır
  3. Sən məlumatı real zənn edib daxil edirsən
  4. Məlumat hücumçuya gedir
  5. Sistem hesabını, cihazını və davranışını analiz edir

Bu tip səhifələr çox vaxt real sayta bənzədilir.

Logo real olur.
Dizayn real olur.
Amma arxada saxta sistem işləyir.


🕵️ Metadata nədir?

Metadata — görünməyən, amma sistemin oxuya bildiyi əlavə məlumatdır.

Məsələn:

  • hansı cihazdan girdin
  • hansı brauzerdən istifadə etdin
  • hansı saatda girdin
  • hansı ölkə/şəhərdən sorğu gəldi
  • linkə neçə dəfə klik edildi
  • hansı səhifədə nə qədər qaldın

Bəzən hacker üçün paroldan əvvəl bu məlumatlar daha dəyərlidir.

Çünki bu məlumatla sənin haqqında profil yaradılır.


🎣 Phishing necə işləyir?

Phishing sadə dildə belədir:

Sənə real kimi görünən saxta link göndərilir.

Məsələn:

  • “Hesabın bloklanacaq”
  • “Outlook girişini təsdiqlə”
  • “SMS doğrulama lazımdır”
  • “Kuryer məlumatını yenilə”
  • “Şifrəni dəyiş”

Məqsəd səni tələsdirməkdir.

Çünki insan qorxanda, panikaya düşəndə və ya maraqlananda daha tez klik edir.


🔴 Red Team baxışı

Red Team tərəfdən belə testlər istifadə olunur:

  • istifadəçi maarifləndirməsi
  • phishing awareness təlimi
  • link davranış analizi
  • sosial mühəndislik ssenariləri
  • təhlükəsizlik monitorinqinin yoxlanması

Amma bu yalnız icazəli lab və təlim mühitində edilməlidir.


🔵 Blue Team baxışı

Blue Team bu tip hadisələri belə izləyə bilər:

  • SIEM logları
  • DNS sorğuları
  • proxy qeydləri
  • email gateway alertləri
  • endpoint detection
  • suspicious URL detection
  • SOC bildirişləri

Yəni müdafiə tərəfi linkə klik hadisəsini belə analiz edə bilər:

Kim klik etdi?
Haradan klik etdi?
Hansı cihazdan klik etdi?
Hansı məlumat ötürüldü?
Hadisə zərərli idi, yoxsa test?


🛡️ Özünü necə qorumalısan?

Ən sadə qaydalar:

✅ tanımadığın linkə klik etmə
✅ Outlook/Gmail giriş səhifəsinin domeninə bax
✅ SMS-lə gələn linklərə ehtiyatla yanaş
✅ qısa linkləri yoxlamadan açma
✅ 2FA aktiv et
✅ brauzeri və sistemi yenilə
✅ şifrəni heç vaxt saxta səhifədə yazma
✅ linki açmadan əvvəl mənbəni yoxla

Əgər link şübhəlidirsə, ən yaxşı müdafiə klik etməməkdir.


⚠️ Ən təhlükəli səhv

Ən böyük səhv budur:

“Bu sadəcə linkdir, heç nə olmaz.”

Kiber təhlükəsizlikdə bəzən hücum bir faylla yox, bir kliklə başlayır.

Bir klik:

  • məlumat toplaya bilər
  • hesabı ələ keçirə bilər
  • cihazı analiz edə bilər
  • istifadəçini saxta giriş səhifəsinə sala bilər

⚡ Nəticə

Link təhlükəli ola bilər, çünki o sadəcə keçid deyil.

Bəzən link:

🔗 məlumat toplayır
🎣 phishing səhifəsinə aparır
🧠 istifadəçini analiz edir
📩 saxta Outlook/SMS ekranı göstərir
🛡️ SOC sistemlərində alert yaradır

Ona görə də internetdə ən sadə klik belə təhlükəsizlik baxımından ciddi hadisə ola bilər.


🔗 Oxşar Mövzular


📢 CyberShieldy Academy

Savaylov Emin — Kibertəhlükəsizlik mütəxəssisi
Red & Blue Team üzrə təlimçi

🚀 Real bilik > sertifikat
💻 Praktiki lablar • Real ssenarilər • Canlı testlər

This post is licensed under CC BY 4.0 by the author.